“Qarabağ” “Molde” ilə oyuna satılan biletlərin sayını açıqladı

21-09-2023, 11:10
A+
A-


UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununa satılan biletlərin sayı məlum olub.

Ağdam klubundan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç üçün 19 min bilet artıq sahibini tapıb.

Qeyd edək ki, biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40, 100 və 200 manat təşkil edir.

Xatırladaq ki, sabah keçiriləcək sözügedən qarşılaşma saat 20:45-də başlayacaq. /oxu.az/