"Türkiyə Gənclik Ödülləri" ölkəmizdə keçiriləcək

11-07-2019, 02:13
A+
A-

Türkiyənin ən prestijli  ödül  törənlərindən biri olan "Türkiyə Gənclik Ödülləri" Caspian Events Group  tərəfindən ölkəmizdə təşkil olunacaq.


Magazinews.Az-a verilən məlumata görə, lahiyə zamanı Türkiyə Gənclik ödül törəninin bütün konsepsiyası qorunmaqla, "Azərbaycan Gənclik Ödülləri" adı altında keçiriləcək. 


Seçimlər Sosial sorğu , təşkilatı komitə tərəfindən aparılan araşdırma və juri heyəti tərəfindən təyin olunacaq.


Sosial sorğu zamanı seçilən kateqoriyalar sayt və rəsmi sosial hesablardan səs verməyə çixarılacaq. Ən çox səs toplamış şəxslər qalib elan olunacaq. 


Təşkilati komitə və juri heyəti aparacaqları araşdırmalar zamanı öz seçimlərini təyin edəcəklər. Tədbir zamanı öz sahəsində uğur qazanmaqda olan gənclərin tanıtımı üçün də zaman ayrılacaq.


Mükafata layiq görülənlərin bir hissəsi "Dünya Gənclik ödülləri"-də iştirak etmək hüququ əldə edəcək.


Qeyd edək ki təşkilati komitə tərəfindən artıq "Azərbaycan Gənclik Ödülləri"-nin seçimlərinə start verilib.


“Azərbaycan Gənclik ödüllərinin” milli direktoru Tural Ələkbərov, icraçı direktoru isə İlmirzə Agabəyovdur.