Birləşmiş Krallığın bir çox mükafatlara layiq görülmüş "Selector" radio verilişi geri qayıdır!

7-12-2019, 20:06
A+
A-


"Selector Radio" 14 dekabr 2019-cu il tarixindən başlayaraq ayda iki dəfə şənbə günləri saat 21:00-da ASAN Radio 100FMdə yenidən yayımlanacaq. Veriliş 2017-ci ildə böyük uğur qazanmış birinci mövsümündən sonra yenidən efirə buraxılır.

Dünyada 30-dan çox ölkədə yayımlanan Selector Birləşmiş Krallığın musiqi səhnəsində hazırda insanlara zövq verən hər şeyi qlobal auditoriyaya çatdırır. Biz sizi yeni səhnəyə çıxan ən yaxşı istedadları dinləmək üçün Birləşmiş Krallığın Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərinə virtual səyahətə aparacağıq. Biz hər həftə caz, qrim, indi və ya elektronika, yaxud bu janrların birləşdiyi musiqilərin bir araya gəldiyi, sözün əsl mənasında, eklektik musiqi siyahısı ilə sizə Birləşmiş Krallığın musiqi dünyasının aparıcı sənətkarları və səsyazma studiyalarını təqdim edəcəyik. Selector radiosu British Council üçün Folded Wing şirkəti tərəfindən hazırlanıb.

JAMZ SUPERNOVA-nın təqdimatında iki həftədən bir efirə çıxan iki saatlıq verilişdə yeni və maraqlı olan istənilən qrupun və sənətkarın istənilən janrdan olan musiqiləri səsləndirilir. Birləşmiş Krallığın yeni nəsil aparıcı DJ-lərindən biri olan JAMZ SUPERNOVA peşəsinə ürəkdən vurğundur. Canlı DJ performansları ilə Nina Las Veqas, Toddla T, Diplo və Anni Makın təqdirini qazanmış Jamz Britaniyanın bass, fanki, qrim, hip-hop, "Jersey Club" və GlobalSounds musiqi siyahılarına üstünlük verir.

Selector ifa edəcək və müsahibə alınacaq sənətkarları onların nə dərəcədə məşhur və ya tanınmış olmasından asılı olmayaraq, sadəcə Britaniyanın yeni musiqilərini təqdim etmək məqsədilə seçir. Veriliş sahənin ad qazanmış musiqiçilərinə hər hansı şəkildə üstünlük vermir və səsyazma şirkətlərini, yaxud radio-reklam şirkətlərini razı salmaq kimi bir öhdəlik daşmır.
Bütün dünyada musiqi səhnəsində baş verənlər haqqında söhbətlərə qoşulmaq üçün Selector radiosunu və ya #selectorradio heşteqini izləyin. Yalnız Birləşmiş Krallığın deyil, dünyanın hər yerindən olan ən yaxşı musiqiləri eşitmək üçün efirdə qalın. 

Qeyd edək ki, ASAN Radio 2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan “ASAN xidmət” mərkəzi tərəfindən yaradılmış radiodur və onun fəaliyyəti ictimaiyyətin sosial və hüquqi məlumatlılığını artırmaq və digər radio stansiyaları kimi dinləyici auditoriyasını əyləndirmək və məlumatlandırmaq məqsədi daşıyır.

Qeyd edək ki, bir çox mükafata layiq görülmüş radio verilişinin ilk buraxılışını qaçırmamaq üçün 14 dekabr, 2019-cu il, saat 21:00-da Asan Radionu dinləyin. Verilişin Azərbaycan dilində aparıcısı DJ BAZAUR-dur. Selector radio şousunu ASAN 100FM-də və onlayn şəkildə dinləyə bilərsiniz.

British Council təşkilatının ölkə üzrə direktoru Samr Şah bildirib:

"Selector Birləşmiş Krallığın musiqi səhnəsində hazırda insanlara zövq verən hər şeyi qlobal auditoriyaya çatdırır. Mən Azərbaycan auditoriyasının müasir Britaniya musiqisinə unikal çıxış imkanına malik olması üçün Asan Radioda Selector verilişini bu il bir daha efirə buraxmağımızı böyük məmnuniyyətlə elan edirəm".