18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

Red Bull BC One Azərbaycana qayıdır - FOTO


Red Bull BC One Cypher Azerbaijan 2024 - Ölkənin ən güclü b-girl və b-boylarının qarşılaşması

 

Red Bull BC One Cypher Azerbaijan ölkənin ən yaxşı b-girl və b-boylarını bir məkana toplayacaq. 

 

18.02.2024-cü il tarixində "Passage 1901" məkanında baş tutacaq Red Bull BC One Cypher Azerbaijan yarışmasında iştirakçılar ölkənin ən güclü b-girl və b-boy adı uğrunda mübarizə aparacaqlar.

 İştirakçılar təkbətək döyüş formatında   gözəl hərəkətlər və mürəkkəb texnika ilə öz üslublarını nümayiş edəcəklər. Qaliblər isə ilin sonunda Rio-de-Janeyroda keçiriləcək Red Bull BC One Dünya Finalında Azərbaycanı təmsil etmək şansı qazanacaq. 

 

Bu tarixdən öncə 16.02.2024 tarixində Dəniz Mall-da finalçıların seçim mərhələsi keçiriləcək. 17.02.2024-cü il tarixində isə Harmony Dance Studio-da  münsiflərin master-klassları baş tutacaq. 

Qeyd edək ki, Dəniz Mall-da baş tutacaq seçim mərhələsinə giriş sərbəstdir və istənilən şəxs izləyici olaraq qatıla bilər. Yarışmaya isə giriş yalnız dəvətnamə əsasında mümkündür. 

 

Yarışma atmosferindən başqa, Red Bull BC One keçirildiyi bütün ölkələrdə hip-hop bayramı hesab olunur. Belə ki, Red Bull BC One Cypher Azerbaijan tədbirinə münsif olaraq bütün dünyada tanınan breykerlər, eləcə də, Azərbaycanın rəqs və hip-hop icmasının tanınmış nümayəndələri, dj-lər, reperlər, gənc bloqerlər və influenserlər qatılacaq. 

Bundan əlavə, bu il breykinq idman disiplini olaraq Olimpiadada debüt edir. Bu səbəbdən 

Red Bull BC One yarışmasının keçirilməsi ölkəmizdə bu olimpiya disiplinində idmançıların yetişməsinə də töhfə vermiş olacaq. 


Tərəfdaşlar:
 Red Bull BC One Cypher Azerbaijan yarışmasının rəsmi tərəfdaşı Azərbaycan İdman Rəqsləri Federasiyasıdır.
 Eləcə də, Red Bull BC One-ın qlobal və ekslüziv tərəfdaşı Reebok brendidir. 

 

P.S. Mətnlərdə breykdansinq əvəzinə breykinq, breykdanser deyil breykerb-boy və b-girl sözlərindən istifadə olunması tövsiyə olunur.

Öncədən minnətdarlığımızı bildiririk!

 




Hör


Maraqlı 12-02 17:25

Digər Xəbərlər