13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

"Red Bull Soapbox Race 2024" yenidən Bakıda! - FOTO


“Red Bull sabun qutusu yarışı” (“Red Bull Soapbox Race”) 8 illik fasilədən sonra, 22 sentyabrda Heydər Əliyev mərkəzinin qarşısında növbəti dəfə keçiriləcək. Bu, ölkəmizdə baş tutacaq sayca 2-ci yarışdır. Azarkeşlər üçün giriş sərbəstdir.

İştirak edəcək 22 komandanın hər biri yarışa özünün layihələndirdiyi və istehsal etdiyi araba ilə qatılır. Çəkisi 80 kq-dan çox olmayan arabalar startdan ancaq iştirakçıların gücü ilə hərəkətə gətirilə bilər – bundan sonra isə inersiya və ekipajın ustalığı işə yola düşüb idarə ediləcək. Startdan öncə hər komanda hazırladığı səhnəciyi ilə çıxış edəcək. Səhnəciyi və qurğunun yaradıcılığını münsiflər heyəti qiymətləndirəcək.

Yarışın münsifləri arasında ölkənin məşhur simaları olacaq: Sənan Şəfizadə – tanınmış teleaparıcı və idman jurnalisti; Tural Yusifov – radio aparıcı; Orxan Kərimov – “Endorphin” reklam agentliyinin və “Creative School”un təsisçisi və tanınmış müğənilər Hiss və Dilarə Kazımova. “Red Bull Soapbox Race” tədbiri Heydər Əliyev mərkəzinin və Azərbaycan avtomobil federasiyasının dəstəyi ilə keçirilir.

Əlavə olaraq,  tamaşaçıların və iştirakçıların əyləncəli həftə sonu keçirməsi üçün tədbir ərazisində 15-dən çox müxtəlif oyunlar, face art, keyterinq və müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, təşkilatçılar bu ilin ən çılğın və əyləncəli tədbiri üçün sizi 22 sentyabr saat 14:00-da Heydər Əliyev Mərkəzinin qarşısında gözləyirlər!






Maraqlı 20-09 14:18

Digər Xəbərlər