20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |    

"PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!



Rəqabət və həyəcan dolu anlarla yadda qalan "PUBG Mobile" oyunu üzrə Red Bull M.E.O. 2024 finalında MIB (Mübarizlər) eSports komandası üstünlük nümayiş etdirərək 5000 AZN pul mükafatını qazandı. 86 xal toplayan komanda rəqiblərini geridə qoyaraq çempion oldu.

 

Komandanın kapitanı Ümid Orucov, qələbədən danışarkən hazırlıqlarının əhəmiyyətini belə vurğuladı:

 

"Günlərimizin dörddə birini oyuna sərf edərək, müxtəlif “Mini Cup” və digər turnirlərdə təcrübə qazandıq. Topladığımız təcrübə və komanda olaraq göstərdiyimiz birlik bizə qələbə gətirdi. Rəqabət qabiliyyətimizi və səylərimizi ortaya qoyaraq turnirin qalibi olduq. MIB (Mübarizlər) eSports komandası adından sizə və bütün təşkilatçılara dərin təşəkkürümüzü bildiririk. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsini arzu edirik."

 

Turnirdə 2-ci yerin sahibi ONYX eSports komandası 60 xalla, 3-cü yerin sahibi isə AGS eSports komandası 53 xalla müəyyənləşdi.

 

Qeyd edək ki, turnirin əsas tərəfdaşı olan Xiaomi, TOP 3 komandanın hər bir üzvünə xüsusi hədiyyələr təqdim etməklə turnirə dəstəyini göstərdi.

 

Qalibləri təbrik edirik və gələcək turnirlərdə uğurlar arzulayırıq!

 



Maraqlı 03-12 17:11

Digər Xəbərlər