15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |    

Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək

"Şuşa" Peşəkar Futbol Klubu (PFK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkə üzrə bütün məktəbliləri “Şəhidim - Qəhrəmanım” adlı xüsusi inşa müsabiqəsinə dəvət edir.

Magazinews xəbər verir ki, bu layihənin məqsədi - qəhrəman şəhidlərimizin xatirəsini yaşatmaq, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və hər bir uşağa öz seçdiyi bir şəhidin həyatını daha dərindən tanımaq imkanı yaratmaqdır. Müsabiqə həm də klubumuzda futbol təhsili alan şəhid övladları üçün mənəvi dəstək və həmrəylik mesajı daşıyır.

İştirak qaydaları

Yaş həddi: 16 yaşadək bütün uşaqlar

Mövzu: İstənilən bir Azərbaycan şəhidinin həyatına və qəhrəmanlığına həsr olunmuş inşa

Həcmi: 300–700 söz

Format: Word və ya PDF

İnşa ilə birlikdə:

Uşağın adı, soyadı

Məktəbi və şəhəri

Seçdiyi şəhidin adı, soyadı və qısa bioqrafik məlumat

Qiymətləndirmə meyarları

Mövzunun düzgün və səmimi şəkildə açılması

Uşağın özünəməxsus dili və yanaşması

Orijinallıq

Dil və üslub mədəniyyəti

Şəhid barədə məlumatların doğruluğu

Nəticə və mükafatlar

Müsabiqə üzrə seçilən ən yaxşı 100 inşa xüsusi kitab şəklində nəşr olunacaq.

Qalibləri isə aşağıdakı mükafatlar gözləyir:

1-3-cü yerlər üçün xüsusi kubok və hədiyyə dəstləri

İlk 10-luğa diplom və təşəkkür plaketi

Kitaba düşən hər bir uşağa kitab və iştirakçı sertifikatı

"Şuşa PFK futbolçuları ilə görüş

Klubun xüsusi qonaq günü və fotossesiya

Yekun olaraq, müsabiqənin bağlanış mərasimində kitabın təqdimatı və qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

“Şəhidim – Qəhrəmanım” müsabiqəsi ilə hər bir uşaq bir qəhrəmanın hekayəsini yazacaq, biz isə birlikdə onların xatirəsini yaşadacağıq.

Gəlin, həmrəy olaq, şəhidlərimizi unutmayaq, gənclərimizin qəlbində vətən sevgisini daha da gücləndirək.

Bir inşa, bir xatirə, bir qəhrəman!

Son müraciət tarixi: 31.12.2025.

Qaliblər son müraciət tarixindən 15 gün sonra açıqlanacaq.

Qeydiyyat və suallar üçün əlaqə: +994702372227

Hazır inşalarınızı aşağıdakı mail adresinə göndərin:

officialshushapfc@gmail.com



Maraqlı 02-12 09:00

Digər Xəbərlər