ANİMAFİLM Şəkidə” tədbiri uğurla başa çatdı - FOTOLAR

29-11-2021, 10:35
A+
A-

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri 23-25 noyabr 2021-ci il tarixləri arasında Şəki "ASAN xidmət" mərkəzində keçirildi. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edilib.


MAGAZINEWS.AZ xəbər verir ki, “ANİMAFİLM Şəkidə” tədbiri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.


Tədbir zamanı ən yaxşı filmləri seçmək imkanı tamaşaçıların öhdəsinə buraxılmışdır. Belə ki, məktəblilərin və şəhər sakinlərinin ən çox səs verdiyi filmlər qalib elan olunmuşdur. Qalib elan olunan filmlər aşağıdakılardır:


- Ən yaxşı Azərbaycan animasiya filmi: “Tıq-tıqla möcüzələr axtarışında. Qobustan”, rejissor Sultan Abbasbəyli.


- Uşaqlar üçün ən yaxşı animasiya filmləri: “Splish Splash”, rejissor Andra Fembriarto.İndoneziya; “Tacet”, rejissor Zachary Simon.ABŞ

- Böyüklər üçün ən yaxşı animasiya filmi: “Navozande, the Musician”, rejissor Reza Riahi. Fransa.


- Ən yaxşı televiziya filmi: “Mush-Mush and the Mushables”, rejissor Joeri Christiaen. Belçika, Fransa.


Həmçinin, “ANİMAFİLM Şəkidə” tədbirində Azərbaycanın əməkdar mədəniyyət işçisi, məşhur animasiya rejissoru Elçin Hami Axundovun uşaqlar üçün “Kağızdan Şaxta Baba düzəlt” adlı ustad dərsi təşkil olunmuşdur.


IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbirində Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Şəki "ASAN xidmət" mərkəzinin direkroru Arzu Qocayev, eləcədə Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli iştirak etdilər. Keçirilən tədbirlərdə Şəki şəhər məktəblərininşagirdləri və yüzlərlə şəhər sakini yaxından iştirak etmişdir.


Tədbirin son günündə ANİMAFİLM Festivalının direktoru Rəşid Ağamalıyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, növbəti il keçiriləcək V ANİMAFİLM Festivalının da məhz Şəkidə keçirilməsi planlaşdırılır.


2018-ci ildə yaradılmış ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Hər il payızda keçirilən festivalda yüzlərlə yerli və xarici animasiya filmləri nümayiş etdirilir, işgüzar görüşlər, sərgilər, uşaqlar və peşəkarlar üçün ustad dərsləri təşkil olunur. Festivalın təşkil edilməsində məqsəd yerli və xarici tamaşaçıları sevindirmək, peşəkarları bir araya gətirmək, həmçinin, Azərbaycanda animasiya sənətinin inkişafına təkan verməkdir. Bu il təşkil olunan festival “ƏLİLLİK” mövzusuna həsr olunmuşdur.