13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

Lütviyyə Səfərovanın xatirəsi yad edilib


Akademik Musiqili Teatrda tanınmış aktrisa Lütviyyə Səfərovanın xatirəsi yad edilib.

MAGAZINEWS.AZ xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş olunub. Səhnə əsərinin budəfəki təqdimatı uzun illər Akademik Musiqli Teatrda çalışmış aktrisa Lütviyyə Səfərovanın 80 illik yubileyinə həsr olunub.

Quruluçu rejissoru Xalq artisti Cənnət Səlimova olan bu tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gültac Əlili, Şaban Cəfərov, Fərid Rzayev, Elməddin Dadaşov, Təranə Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Rüstəm Rüstəmov, kiçik yaşlı aktyorlar Rahib və Nuray Məmmədzadələr ifa edibdilər.

Xatırladaq ki, Lütviyyə Səfərova müxtəlif illərdə “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz və Sənəm obrazınlarını canlandırıb.

Lütviyyə Şamil qızı Səfərova 11 mart 1942-ci ildə ziyalı ailəsində anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirdikdən sonra Musiqili Komediya Teatrına (Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş adı) dəvət olunub. Elə ilk günlərdən özünəməxsus ifa tərzi ilə seçilən aktrisa “Hicran” komediyasında Çarleston, “Gözün aydın”da Leyla, “Özümüz bilərik”də Lalə, “Məmmədəli kurorta gedir”də Xurşud, “Sevindik qız axtarır”da Nazik, “Ev bizim, sirr bizim”də Çiçək, “Nənəmin şahlıq quşu”nda Nazlı, “Arşın mal alan”da Asya, “Milyonçunun dilənçi oğlu”nda qonşu qız, “Olmadı elə, oldu belə”də Gülnar, “Bankir adaxlı”da Ceyran, “Volqalı canan”da Şəlalə, “Nəğməli Könül”də Qəmər xanım və digər tamaşalarda rəngarəng obrazlar qalereyası yaratmışdır.

O, 1989-cu ildən 1996-ilədək Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında çalışıb, sonra isə yenidən əvvəlki doğma iş yerinə qayıdıb, bir-birindən maraqlı rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollarda çıxış etmiş aktrisa sonuncu dəfə 2006-cı ildə “Qısqanc ürəklər” tamaşasında Natella obrazı ilə səhnəyə çıxmışdır.

L.Səfərova 2010-cu il mart ayının 1-də vəfat edib. Allah rəhmət eləsin.




Digər Xəbərlər