Musiqili Teatrda unudulmaz anlar yaşandı
27 Mart - Beynəlxalq Teatr Günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ölkə səhnələrində elan etdiyi “Açıq qapı” günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da unudulmaz anlar yaşandı.
Səhər saat 11:00-dan başlayaraq bu teatra maraq göstərən yüzlərlə tamaşaçı yaradıcı kollektivin işi ilə yaxından tanış olmaq üçün teatra axın etdi. Teatrın ayrı-ayrı sexləri, iş fəaliyyəti ilə tanışlıqdan, sevdikləri aktyorlarla ünsiyyətdən, eləcə də hazırlıq prosesində olan tamaşanın məşq prosesinə baxışdan sonra onlarda yaranan böyük maraq əvvəlcədən elan olunan “Paris Notr-Dama ithaf” tamaşasının nümayişində özünü bir daha sübut etdi.
Sosial şəbəkələrdə yayılan görüntülər çox ürəkaçan idi. Teatrın tamaşaçılarından biri yazıb: “İynə atsan yerə düşməzdi” – bax, buna deyirlər. 460 nəfər zal ağızbaağız dolu, əlavə oturacaqlarla zaldakı insanların sayı 600-ü keçmişdir, hələ çöldə yer olmadığına görə küsüb gedən onlarla insan oldu. 27 Mart – Ümumdünya Teatr Günü münasibəti ilə incəsənət işçilərini və sənətsevərləri təbrik edirəm. Mərkəzində insan olan bu sənət insan var olduqca yaşayacaq. İnsanı insan edən elm, incəsənət, teatrdır”.
27 Mart - Beynəlxalq Teatr Günü arxada qalsa da sosial şəbəkələr vasitəsilə teatra ünvanlanan təbrik və minnətdarlıq dolu müraciətlər Akademik Musiqili Teatrda unudulmaz anlar yaşandığını bir daha göstərdi.
Mədəniyyət / Manşet
30-03 23:00
Digər Xəbərlər
Şou-Biznes / Manşet
06-10 13:03
Kino
04-10 18:22