Musiqili Teatr dünyanın SÜLH çağırışına qoşuldu

5-04-2022, 14:05
A+
A-


Akademik Musiqili Teatr dünyanın SÜLH çağırışına qoşuldu.

MagaziNews.Az xəbər verir ki, aprel ayının 5-dən 10-dək Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə İstambulda Maltəpə Bələdiyyəsi Prof.Dr.Türkan Saylan Kültür Mərkəzində "Tunçer Cücenoğlu teatr günləri" keçiriləcək.


"Barışa evet!" şüarı altında dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru, Prezident mükafatçısı İradə Gözəlova təmsil edəcək.


Beynəlxalq tədbirə yola düşən istedadlı rejissor həm də Akademik Musiqili Teatrın sülh çağırışlı videoçarxını dünyaya çatdırmaqda bir vasitəçi olacaq.


Qeyd edək ki, festivalın formatına uyğun olaraq hazırlanan  bu qısa videoçarxda Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşaiyəti ilə Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifasında "Ey Vətən!" mahnısı səsləndirilir.