Peter Bence Bakıda növbəti konsertini verdi - VIDEO
Ötən gün bir çox dünya ulduzlarının çıxışlarına şahidlik edən Heydər Əliyev adına sarayda daha bir solo konsert baş tutub.
MagaziNews.Az xəbər verir ki, paytaxt Bakının bu dəfəki musiqili qonağı dünyanın ən cəld pianoçusu kimi tanınan Peter Bence olub.
Konsert boyu səsləndirdiyi möhtəşəm əsərlərlə tamaşaçıların musiqi zövqünü oxşayan sənətçi tez-tez yerli publika ilə ünsiyyətdə olub.
O, Azərbaycan musiqisinin ölməz əsəri olan "Sarı gəlin"-i ifa edərək konsert izləyicilərinin musiqini zövqünü bir daha oxşayıb.
Sonda əsərlərini ifa edərək konsert izləyiciləri ilə sağollaşan Peter tamaşaçıların israrlı alqışları müşayətində bir daha geri qayıdaraq piano başına keçib daha bir əsəri səsləndirib.
Bununla da, Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter dünyaca məşhur xitlərini ifa edərək növbəti Bakı səfərini bitirmiş olub.
Fotoların müəllifi Ramin Qurbanovdur.
TURAL HÜSEYN