18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

Tamaşaçıların xahişi ilə Musiqili Teatrda “Qırmızı papaq və Redmuzi"



Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca teatrsevərləri “Qırmızı papaq və Redmuzi”  müzıklı ilə sevindirəcək.  


Qeyd edək ki, mayın əvvəllərində premyerası uğurla nümayiş olunan bu tamaşa teatrsevərlərin xahişi ilə həmin gün iki seans olmaqla, saat 12:00 və 14:00-da bir daha oynanılacaq.


Məşhur “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan “Qırmızı papaq və Redmuzi” tamaşasının libretto müəllifi  və quruluşçu rejissoru Zəhra Quliyevadır.


Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti  Prezident mükafatçısı Əmrah Dadaşovdur.


Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızı papaq).
Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxacaqlar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşəcəklər.


Uşaqların müasir dünyagörüşünə, maraq dairəsinə daxil olan elektronlaşmış həyat hadisələrini əhatə edən bu qeyri-adi tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.




Digər Xəbərlər