11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |    

Musiqili Teatrın aktyoru Belarusda 7 min nəfər tamaşaçını ayağa qaldırdı


Akademik Musiqili Teatrın aktyoru Belarusda “Buz Sarayı”nın 7 min nəfərlik tamaşaçı salonunu ayağa qaldırdı.


MagaziNews.az xəbər verir ki, Belarus Respublikasında “Dostluq çələngi” festivalı çərçivəsində "Buz Sarayı”nda keçirilən təntənəli açılış mərasimində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 7 min tamaşaçı tutumu olan səhnəyə çıxıb. Ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın məşhur mahnısını ifa edən aktyoru hər kəs sürəkli alqışlarla qarşılayıb. Eyni zamanda səhnənin yuxarı hissəsində dörd tərəfdən quraşdırılan iri manitorlarda Azərbaycanın dilbər guşələrinin görüntüləri rəğbətlə qarşılanıb.


Elə bu kadrları Belorusda yaşayan Azərbaycan diasporunun ən fəal üzvlərindən biri olan Oleq Babayev çəkərək bizə göndərib və ürək sözlərini də belə ifadə edib: "Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, qəlbimiz hər zaman Azərbaycanla döyünür... Azərbaycan sənətçisinin ifası və fonda görüntülənən Bakının mənzərəsi, Şuşa, Cıdır düzü, Qarabağın yeni çəkilmiş videokadrları bizə çox böyük qürur hissi yaşatdı və bu möhtəşəm zalda nümayişi elə bil ki, dünyanı bizə bağışladı. Sanki Zəfər günlərini bir daha təkrar yaşadıq. Biz o günlərdə də belə fərəh hissi keçirmişdik...


Qeyd edim ki, konsertdə Ermənistan sənətçiləri də yer almışdı və təbii ki, zalda onların da nümayəndələri vardı. Sağ olsun Azərbaycan sənətçiləri, incəsənət xadimləri, Akademik Musiqili Teatrın kollektivi ki bax belə bir yüksək səviyyəli çıxışla bizə  bütün millətlər arasında şərəf verdilər".





Digər Xəbərlər