08:33 Sevgi̇ i̇lə dəli̇li̇yi̇n bi̇rləşməsi̇ndən yaranmış möhtəşəm cütlük  |     15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |     16:05 CineMastercard Barselonada keçirilən CineEurope sərgisində iştirak edib - FOTO  |     18:15 Bakıda maraqlı "evlilik təklifi" - VİDEO  |     22:32 Qədim tarix, müxtəlif dad, əsl ləzzət  |     16:31 Efirdə aparıcı ilə ekspert arasında GƏRGİNLİK - VİDEO  |     17:55 Mahir Emrelinin anası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO  |     12:32 Akademik Musiqili Teatrda “Premyeralar paradı” olacaq - VİDEO  |     15:53 “CineMastercard” Şamaxı şəhərində açıq havada filmlərin nümayişini keçirir - FOTO  |     08:18 “Red Bull Car Park Drift” yarışının qalibi müəyyənləşdi - FOTO  |    

Yellow Man ... O, musiqinin rəngləri ilə hisslər və emosiyalar yaradan insandır


MagaziNews.Az təqdim edir:


Albom ideyasının meydana çıxması eyniadlı musiqi əsərimin – “Yellow Man”in yazılmasından sonra ortaya çıxıb. Məhz o an albom üzərində işləməyi qərarlaşdırmışdım.

Bu əsərimin adı meşədə gəzintidə olarkən ağlıma gəldi. Hər birimiz elə emosiyalar yaşayırıq ki, heç onların fərqinə də varmırıq. Sanki sürətlə gedən qatarda oturub pəncərədən ətrafı seyr etməyi çatdıra bilmirik. Çalışın hər çiçəyə, ağaca, daşa, insana nəzər yetirəsiniz.  Bütün bu anlar, hisslər həyatımızı və onun haqqında olan təsəvvürlərimizi formalaşdırır. Bizim bütün diqqətimiz həyatın təlaşına yönəlməməlidir, bu həyatda axı o qədər gözəlliklər var ... sadəcə bütün bunlara diqqət etmək lazımdır, hər şey bizi əhatə edib.

Albomun səsyazması onun konsepsiyası ilə sıx bağlı idi. Royalın səsi yeddi mikrofonla qeydə alındı. Onlardan altısı alətin içərisində fərqli mövqələrdən, biri isə royalın altında quraşdırılmışdı. Bunun səbəbi isə dinləyicinin özünü royalın içərisində hiss etməsi, alətin fəzasını duyması, simlərin titrəşimlərini, alətin xammalını, dillərin və mexanizmin, pedalların səslərini eşitməsini təmin etmək idi. Bütün bu səslər musiqinin tərkib hissəsinə çevrilib: dinləyicinin diqqəti təkcə melodiyada deyil, eləcə də digər səslərə də köklənir. Məsələn, konsert zallarında dinləyicilər bundan məhrumdur, onlar yalnız olduqları məkanın səslərini eşidirlər.

Praqada yaşayan azərbaycanlı rəssam Heyran Mustafa-zadə “The Yellow Man” albomunun üz qapağının hazırlanması prosesi ilə bağlı təəssüratlarını bölüşüb:

“Ramin mənə növbəti kompozisiyasından hissə göndərəndə, ağlımda ideya yarandı ki, Raminin musiqi ilə əks etdirdiyini mən vizual təsvir edim. Bu fikrimi onunla da paylaşdım. Bir müddət sonra Ramin yazdı ki, albom hazırlayacaq, adını da düşünüb, mənsə qalan kompozisiyaları dinləyim. “Yellow Man”ın kətan üzərindəki işi nə qədər davam etdi, dəqiq deyə bilmərəm. Əsas vaxtım isə özümü o əhvala kökləməyim və niyə məhz sarı, niyə mavi yaxud qırmızı adam olmadığını anlamaq cəhdlərimlə keçdi. Cəhdim rəngin xüsusiyyətinin necə ötürüldüyünü başa düşmək idi. Bu cəhət nə ümumi xarakterdə, nə də fərdi yanaşmada deyil, əksinə, bütünlüklə ümumi, absrakt və güclü ekspressiyada idi. Bu konkret bir insanın portreti deyil, onun sehrli axınında üzən və həll olan dinləyicinin, musiqinin özünün portretidir.


Alboma keçid: https://lnk.to/THEYELLOWMAN  Dinləməkdən həzz alın…

Bəstəkar haqqında: Ramin Kuliev Çexiyada fəaliyyət göstərən azərbaycanlı bəstəkardır. 2018-ci ildən Yanaçek adına Musiqi və ifaçılıq sənətləri akademiyasının layihələri çərçivəsində onun elektron, kamera və orkestr əsərləri Niderland və Çexiyada səslənir. Kuliev festivallar üçün treylərlər, animasiya filmləri və teatr pyesləri üçün musiqi bəstələyir. Bəstəkar eləcə də Animafilm studiyasının münsif heyətində iştirak edir. 2020-ci ildə Ramin Kuliev debut “Dream” albomunu buraxıb. “The Yellow man” bəstəkarın ikinci albomudur, hal-hazırda bəstəkar üçüncü albomu üzərində işləyir.





Digər Xəbərlər