16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |     16:10 “CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar  |     19:50 Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO  |     19:13 Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb - FOTO  |     18:10 Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb - FOTO  |     16:09 Mədəniyyət “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib - VİDEO - FOTO  |    

Şəhid anaları Akademik Musiqili Teatrda


Şəhid anaları “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanovun təşkilatçılığı ilə həyata keçirilən “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar. Onlar rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda səhnələşdirilən “Bir nəfəs qədər” tamaşasını baxıblar. Qürur mənbəyimiz olan şəhid və qazilərə, Zəfərimizin əsas simasına çevrilən şəhid analarına həsr olunan bu səhnə əsəri hamı tərəfindən yüksək qiymətləndirilib.  

Tamaşanın sonunda şəhid anaları səhnəyə dəvət olunublar. Onlar bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə Akademik Musiqili Teatra və “Fire Land Production”ın rəhbərliyinə təşəkkür ediblər. Çıxış edən hər bir şəhid anası tamaşanın olduqca təbii alındığını vurğulayaraq, quruluşçu rejissor, aktyor heyəti, xüsusilə də, şəhid anası obrazının ifaçısına minnətdarlıqların bildiriblər. 

Tamaşaçılar şəhid analarının çıxışlarını və aktyorların ifasında səsləndirilən “Xudayar təsnifi”ni  sürəkli alqışlarla və göz yaşları içərisində qarşılayıblar. 

Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdır. 

Tamaşanın 10-cu nümayişində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Səmədzadə Xasıyev, Ofeliya Məmmədova, Hidayət Əliyev, Əli Kərimov  və Murad Əliyev iştirak ediblər.

Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru və Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal  Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. 

Əsərdə Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.





Digər Xəbərlər