13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

DokuBaku Festivalı 6-cı buraxılışın proqramını açıqlayıb

DokuBaku BSFF festivalda nümayiş olunacaq filmlərin seçimini yekunlaşdırmışdır.


MagaziNews.Az xəbər verir ki, 32 müxtəlif ölkədən 68 sənədli film seçilmişdir. Bütün filmlər 7 kateqoriya üzrə nümayiş olunacaq. Ən Yaxşı Sənədli Film (13), No-Main Müsabiqəsi (18) və Ən Yaxşı Xarici və Yerli Qısa Sənədli Film (19) kateqoriyasındakı filmlər münsiflər heyyəti tərəfindən dəyərləndiriləcək və qaliblər festivalın sonuncu günü, Sentyabrın 25-i elan olunacaqlar. Qalan filmlər isə Müsabiqədən Kənar (5), DokuKids (4), və DokuUA (5) kateqoriyalarında nümayiş ediləcəklər.

Hər il festivalımız öz işləri ilə film sənayesində yüksək standartlar qoymuş, dünyaca məşhur bir sənədli film ustasının filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il öz “Tülpan” tammetrajlı filmi ilə 2009-cu il Oskar mükafatlarının Əcnəbi Film Kateqoriyasında Qazaxıstanı təmsil etmiş xüsusi qonağımız Sergey Dvortsevoyun dörd filmindən ibarət retrospektiv hazırlamışıq.

Festivalın 6-cı buraxılışı iki yeni kateqoriya ilə gəlir. Festival tarixində ilk dəfə proqrama Uşaqlar üçün Sənədli Filmlər daxil edilmişdir. Eyni zamanda, festival Ukraynadan sənədli filmlər nümayiş etdirməklə, Ukraynalı rejissorlara dəstək olacaq. Nümayişlərin məkanları, tarixləri, və vaxtlarından ibarət cədvəl önümüzdəki həftələrdə açıqlanacaq.  


Digər Xəbərlər