Akademik Musiqili Teatrın balaca aktrisası beynəlxalq layihədə
Latviya Respublikasının ölkəmizdəki səfirliyi, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və Norveç Krallığının Ankaradakı Səfirliyi “Qız Qalası. Qadın olmaq” beynəlxalq müasir incəsənət festivalınin davamı olaraq, gender bərabərliyi mövzusunda birgə hazırladığı “O” beynəlxalq layihəsini təqdim edib.
MagaziNews.Az xəbər verir ki, festival çərçivəsində oktyabrın 30-da və noyabrın 3-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində müasir Azərbaycan yazıçısı İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında eyniadlı tamaşa nümayiş olunub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balaca aktrisası Nuray Məmmədzadə bu tamaşada baş rolun ifaçısıdır.
Ölkəmizdəki gender problemlərinə toxunulan bu səhnə əsəri müxtəlif yaşlarda olan eyni qəhrəmanın - yeniyetmə qız, gənc qız və qadının monoloqları üzərində qurulub.
Tamaşanın quruluşçu rejissoru Tərlan Rəsulovdur.
“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Biz də Nuray Məmmədzadəyə uğurlar arzulayırıq.