“Bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur”
“Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib”.
“Magazinews” xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənov Musavat.com-a açıqlamasında deyib.
“Dedilər ki, 3 ay sonra yenə gəlib baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, ev hələ tikilmir. Ev də 11-ci mərtəbədə idi. Yuxarı qalxanda yüksək təzyiqim, şəkər xəstəliyim olduğu üçün başım hərləndi, yıxıldım. Soruşdum ki, evin tam təmiri üçün nə qədər pul lazım olacaq? Dedilər ki, 45 min manat. Şoka düşdüm. Dedim ki, Allah Prezidentimizin canını sağ eləsin, amma mənim 45 min manata imkanım yoxdur və bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur.
Nə isə ki, aşağı düşdükdən sonra həyətdə olan ev alqı-satqısı ilə məşğul olanlar mənə təklif etdilər ki, o evin pulunu mənə versinlər və mən özüm istədiyim yerdə özümə ev alım. Nəhayət 6 aya 90 min manata Şüvəlanda özümə ev tapdım, onu bir az təmir etdim, abıra saldım, içində yaşamağa başladım. Üç il ərzində çox yaxın dostlarımız, əzizlərimi itirdim. Sağ qalan dostlarım da sağ olsun, gəlirlər, mənimlə maraqlanırlar...”, - deyə aktyor əlavə edib.