Siyavuş Aslanın oğlu dəfn edilib - YENİLƏNİB

6-05-2023, 15:53
A+
A-


Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov torpağa tapşırılıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mərhum Yasamal qəbiristanlığında dəfn olunub.

12:38

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.

Mədəniyyət Nazirliyindən xəbər verilib ki, Çingiz Aslanovun meyiti Təzəpir məscidinə aparılıb.

Onun bu gün dəfn olunacağı açıqlanıb.

Əlavə olaraq bildirək ki, məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin,  Akademik Milli Dram Teatrının və Yasamal Rayon İcra Hakimiyyətinin diqqətindədir.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.

Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.