13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |     20:25 Ərindən boşandı - aylığı 20 min dollarlıq kirayə evdə qalacaq - FOTO  |     20:43 Aygün Kazımovanın qızı İlqarə ƏRƏ GEDİR?  |     13:00 Avropada çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     12:15 “CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu - FOTO/VİDEO  |     12:08 Red Bull Half Court Azerbaijan 2025: Basketbol coşqusu Bakını fəth edəcək!  |     21:05 Aysunun səhnə geyimi müzakirələr yaratdı - VİDEO  |    

"Xüsusi təyinatlı İbad 2" təqdim olundu" - FOTOLAR


Ötən gün Nizami Kino mərkəzində "Xüsusi təyinatlı İbad 2" filminin təqdimatı baş tutub.

Magazinews.Az xəbər verir ki, tədbirə bir çox tanınmış sənət nümayəndələri və ziyalılar qatılıb.Vətənpərvərlik ruhunda olan filmin quruluşçu rejissoru Natiq Novruzovdur. İkinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur.
Film Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilib. Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının aparıcılığı ilə keçən tədbirdə əvvəlcə filmin yaradıcı heyəti səhnəyə dəvət edilib.

Filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları filmdə rol alan digər aktyorlardandır.

Bundan başqa  tədbir zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, İbad Hüseynov təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının qəhrəman övladıdır. Çünki erməni terroristləri haqsız, hüquqsuz işğal etdiyi Qarabağ torpaqlarında vəhşiliklər törədərkən, anaların gözləri önündə övladlarını qətlə yetirərkən onları sadəcə türk deyə öldürmədilər, həmçinin müsəlman deyə öldürdülər. Bu cür qəhrəmanlar toplumların milli refleksləridir. Belə filmlər gənc nəslin milli ruhunun yüksəlməsinə təkan verir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, millətləri millət edən onların qəhrəmanlarıdır: “Qəhrəmanlarımızın keçdiyi şərəfli yolu gələcək nəsillərə öyrətmək lazımdır. Bunun üçün keçmişimizi yaxşı öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Bu torpaqlar çox qəhrəmanlar yetişdirib. Birimiz gedərkən, minimiz gələrik.”

Qeyd edək ki, filmin ssenarisi Cəlaləddin Qasımova məxsusdur. Bəstəkarı isə Fərahim Sadiqdir.


FOTOLAR: Sübhan İsmayılov


Digər Xəbərlər