Xalq artisti: "Səni heç unutmadım ki..."

4-09-2023, 10:28
A+
A-


"Ad günün mübarək sənətkar. Sən həmişə gülərdin, güldürərdin. Yerin elə görsənir. Yaşar həmişə yaşar".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova həmkarı, mərhum Xalq artisti Yaşar Nurinin ad günü ilə bağlı etdiyi paylaşımda yazıb. 

"Getdikcə dərk edirəm üzü gülər insanların ürəklərində nə qədər ağır yükü varmış. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Qəlbimdəsən hər zaman. Səni heç unutmadım ki..." - deyə F.Mütəllimova qeyd edib.