Akademik Musiqili Teatrın yeni mövsümünün açılışı -"Sən elə bir zirvəsən!.."

7-09-2023, 09:11
A+
A-


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 114-cü mövsümünün açılışı 15 sentyabr saat 19:00-da Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası ilə olacaq.

 
Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.


Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.


Xatırladaq ki, ilk dəfə Ümummilli liderin doğum günündə Musiqili Teatrın səhnəsində nümayiş etdirilən bu tamaşa daha sonra Gəncə və Şəki şəhərlərində də uğurla təqdim olunub. Kollektiv bu layihə ilə Mingəçevir, Lənkəran və Naxçıvan şəhərlərində də çıxış edəcək.