18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

Rusiyalı gənc teatrşünas Musiqili Teatrın qonağı oldu - FOTO


Rusiyalı gənc teatrşünas Musiqili Teatrın qonağı olub.

Belarus Respublikasında keçirilən “Belaya veja – 2023” Beynəlxalq Teatr Festivalının münsiflər heyətinin sədri, eləcə də bir sıra beynəlxalq teatr festivallarının kuratoru, rusiyalı gənc tənqidçi Alisa Litvinova Azərbaycan Dövlət Akademik Musiqili Teatrın qonağı olub.
Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin dəvəti ilə Bakıya gələn Alisa Litvinova Musiqili Teatrın kollektivi və repertuarındakı tamaşalarla yaxından tanış olub. 
O, “Lara Martin’s Jazz Club”, “Paris Notr-Dama ithaf”, “Silva”, “Kimdir müqəssir?” “Psix”, "Məchul pilləkən", “Anamın kitabı”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Sehirli nəğmə” və digər tamaşalara baxıb, onların müzakirələrində təssüratlarını, həmçinin irad və təkliflərini bölüşüb, eyni zamanda Rusiya teatr prosesi barədə də danışıb. 
Musiqili Teatrın Beynəlxalq layihələr üzrə koordinatoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov qonağı şəhərin görməli yerləri ilə də tanış edib.


Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı müxtəlif ölkələrdə fəaliyyət göstərən sənət adamları, prodüserlər, teatr tənqidçiləri ilə sıx əlaqə saxlayır, təcrübə mübadiləsi aparır, onları ölkəmizə dəvət edir. Bu əlaqələrin davamı kimi teatrın kollektivi də bir çox beynəlxalaq konfrans, festival və müsabiqələrdə uğurla iştirak edir.




Digər Xəbərlər