15:10 Dünya rekordçusu Alov Qüllələrini fəth etdi: Bakıdakı tarixi sleklayn hadisəsi - FOTO/VİDEO  |     09:18 Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO  |     14:17 CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub - VİDEO - FOTO  |     19:51 "Cütlüklər evlənmədən öncə eyni evdə..." - VİDEO  |     16:25 Yağlı dirək yarışının qalibləri müəyyənləşdi - FOTOlar  |     12:27 CineMastercard kinoteatrında “Milli Mətbuat Günü”  |     20:20 Qurban Qurbanovun görüntüləri marağa səbəb oldu - VİDEO  |     19:00 Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatra təşəkkür etdi - FOTO  |     11:10 CineMastercard kinoteatrında “Yaramaz Mən 4” cizgi filmi nümayişi ilə uşaq bayramı keçirildi - VİDEO - FOTO  |     18:11 İyulun 21-də Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək  |     19:35 CineMastercard kinoteatrlarında “Emanet” Türk filmi - VİDEO  |     16:05 CineMastercard Barselonada keçirilən CineEurope sərgisində iştirak edib - FOTO  |     18:15 Bakıda maraqlı "evlilik təklifi" - VİDEO  |     22:32 Qədim tarix, müxtəlif dad, əsl ləzzət  |     16:31 Efirdə aparıcı ilə ekspert arasında GƏRGİNLİK - VİDEO  |     17:55 Mahir Emrelinin anası ilə rəqsi GÜNDƏM OLDU - VİDEO  |     12:32 Akademik Musiqili Teatrda “Premyeralar paradı” olacaq - VİDEO  |     15:53 “CineMastercard” Şamaxı şəhərində açıq havada filmlərin nümayişini keçirir - FOTO  |     08:18 “Red Bull Car Park Drift” yarışının qalibi müəyyənləşdi - FOTO  |     15:42 “Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında - VİDEO - FOTO  |    

Şövqidən varmı? Göstərin! - Əliqismət Lalayev yazır


Tale elə gətirib ki, Azərbaycan teatrında, doğrudan da, Şövqi adında ikinci bir aktyor yoxdur. Necə deyərlər, teatr ictimaiyyətində Şövqi bir dənədir, həm hərfi mənada, həm də məcazi mənada. Aktyor Şövqi deyəndə hamı bilir ki, söhbət Şövqi Hüseynovdan gedir.

Mən Şövqini otuz ilə yaxındır ki, tanıyıram. İlk tanışlığımız 90-cı illərin əvvəllərinə təsadüf edir. O zaman Mədəniyyət Nazirliyində təzəcə işə başlamışdım və Şövqi ilə Lənkəranda tədbirlərin birində tanış olmuşdum. O vaxt Şövqi 21-22 yaşlı gənc tələbə idi. Amma sənəti haqqında danışanda o qədər sevgi ilə, o qədər emosional danışırdı ki, həmin görüşdə olan hər kəsin diqqətini cəlb edirdi. İllər keçəndən sonra onun sənət müəllimi olmuş Xalq artisti, pedaqoq və rejissor, hamımızın qəlbində böyük yeri olan Cənnət Səlimovanın Kamera Teatrında, elə onun quruluşunda hazırlanan tamaşalarda ard-arda oynadığı rollar - Qazı ("Danabaş kəndinin əhvalatları" C.Məmmədquluzadə, 1991), Skapen ("Skapenin kələyi" J.B.Molyer, 1992), Poprışşin ("Dəlinin qeydləri" N.Qoqol, 1995), Kin ("Edmund Kin" Q.Qorin, 1994), Vəzir ("Vəziri-xani Lənkəran" M.F.Axundov, 1996) kimi surətlər Şövqini bu teatrda digər məsləkdaşlarının hamısından fərqləndirdi.

Kamera Teatrı ilə bağlılığımdan və onun yaradıcılığına maraq göstərdiyimdən bilirdim ki, Şövqi, eyni zamanda, bu teatrın təşkilati məsələlərində də öz müəlliminə ən yaxın köməkçi idi və hər zaman onun yanında olurdu. Çox keçmədən böyük imkansızlıq şəraitində işə başlayan Kamera Teatrı orada çalışan gənclərin sanki ata ocağına çevrildi. Bu uşaqlar səhər açılandan gecə yarıyadək teatr üçün Şəhriyar sarayında ayrılmış o kiçik məkanda, sənətə, teatra sevgi ilə dolu olan o "quş yuvasında" bir-birindən maraqlı, bir-birindən fərqli tamaşalar hazırlayaraq Bakının teatr ictimaiyyətini sözün həqiqi mənasında öz ətraflarına toplaya bildilər. 2009-cu ilin oktyabr ayına kimi fəaliyyət göstərən teatr demək olar ki, dünyanın ən müxtəlif, nüfuzlu festivallarında ölkəmizi ləyaqətlə təmsil edirdi. Teatrın əsas repertuarını Xalq artistləri Cənnət Səlimova və İrina Perlovanın tamaşaları təşkil edirdi və hər zaman bu tamaşalar Bakıya qələbə sorağı ilə qayıdanda Mədəniyyət Nazirliyinə baş çəkərək bu uğurlardan bizi agah edən də Şövqi olurdu.





Mədəniyyət 06-12 14:08

Digər Xəbərlər