Musiqili Teatrın əməkdaşları Parisdə çıxış etdilər - FOTO

25-12-2023, 08:45
A+
A-


Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

MagaziNews.Az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş baletmeysteri Əməkdar artist Emin Əliyev və baletmeyster Kamilə Əliyeva da iştirak ediblər. 

“Cəngi” (Ü.Hacıbəyli) sədaları altında səhnəyə çıxan balet ustaları digər klassik və milli rəqs kompozisiyalarını da təqdim ediblər.