Musiqili Teatrın aktyorları Andrey Malaxovun qonağı olublar - FOTO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktyorları Əməkdar artist Almaz Ələsgərova və Emil Heydərov Rusiyanın "Россия 1" telekanalının aparıcısı Andrey Malaxovun dəvəti ilə "Привет, Андрей!" (“Salam, Andrey!”) şou-proqramında iştirak ediblər.
Verilişin budəfəki buraxılışı Rusiyanın Xalq artisti, bəstəkar Stas Mixaylovun 55 illik yubileyinə həsr olunub.
Musiqili Teatrın solistləri Almaz Ələsgərova və Emil Heydərov Stas Mixaylov və Yelena Severin ifalarında sevilən "Не зови, не слышу!" ("Çağırma, eşitmirəm!") duetini birlikdə oxuyublar.
Səmimi görüşdən məmnun qalan aktyorlar yubiliyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, bu veriliş aprel ayının sonlarında adıçəkilən kanalda yayımlanacaq.