18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

Ramiz Mirişlinin xatirəsi yad edildi - FOTO


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən" tamaşası nümayiş olunub.

Səhnə əsərinin nümayişindən sonra Əməkdar artist Əkbər Əlizadə bəstəkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb.
 Daha sonra Xalq artisti İlham Namiq Kamal Ramiz Mirişli ilə bağlı xatirələrini bölüşüb, bu səhnə əsərindən başqa onun "Qısqanc ürəklər" operettasında da oynadığını vurğulayıb. 

Tamaşada əsərin müəllifi Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyev və Ramiz Mirişlinin oğlu, bəstəkar Nazim Mirişli də iştirak ediblər.

2010-cu ilin 29 mayından səhnədə olan və teatrın repertuarında özünəməxsus yer tutan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. 

Tamaşanın 66-cı nümayişində Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər İqrar Salamov, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Əliməmməd Novruzov,  Gültac Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov,  Mehriban Rəcəbova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.





Digər Xəbərlər