13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

Akademik Musiqili Teatr yeni mövsümə başladı - FOTO


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Tədbiri sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açaraq yeni mövsum münasibətilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Teatr rəhbəri hesabat xarakterli çıxışında ötən mövsümdəki uğurlarla yanaşı gələcək layihələrdən də danışıb:

"Musiqili Teatrın ötən mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb. Müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti istər respublikamızda keçirilən tədbirlərdə, istərsə də xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edib. Bu il də istisna deyil. Elə sentyabrın 10-dan 16-dək Belarus Respublikasının Brest şəhərində keçiriləcək 28-ci "Belaya Veja" Beynəlxalq Teatr Festivalında "Aysedora" (Zinovıy Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev) tamaşası ilə çıxış edəcəyik. Bundan əlavə, vokal ifaçımız Rauf Babayev də bu ayın 21 və 22-də Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək "DosStar" XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın "Sirk Şahzadəsi" operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək".

Tədbirdə kollektivin bu ilin sonunadək Gəncə, Lənkəran və Şəki şəhərlərinə də qastrol səfərlərinin nəzərdə tutulduğu vurğulanıb, həmçinin gələcək layihələr barədə də bir sıra fikirlər səsləndirilərək müzakirələr aparılıb.





Digər Xəbərlər