16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |     16:10 “CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar  |     19:50 Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO  |     19:13 Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb - FOTO  |     18:10 Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb - FOTO  |     16:09 Mədəniyyət “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib - VİDEO - FOTO  |    

Musiqili Teatrın solisti Qazaxıstanda uğurla çıxış etdi - FOTO


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçirilən “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında uğurla iştirak edib. 

O, Qazaxıstan, Rusiya, Özbəkistan və Macarıstanın məşhur operetta  ulduzlarının qatıldığı festivalda həm məşhur macar bəstəkarı İmre Kalmanın "Sirk Şahzadəsi" əsərində Toni Bonvil obrazını canlandırıb, həm də qala-konsertdə çıxış edib.

Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edərkən çox böyük qürur hissi keçirdiyini vurğulayan Rauf Babayev səfər təəssüratlarını bölüşüb:

“Bu dəfə də səfərdən gözəl təəssüratlarla ayrılmışam. Qısa zaman ərzində müxtəlif ölkələrdən olan aktyorlarla birgə keçdiyimiz fasiləsiz məşqlərin uğurlu nəticələri, tamaşaçıların alqış səsləri altında xoş xatirələrə çevrilən gözəl anlar məni hədsiz məmnun etdi. Dünya teatrları ilə qarşılıqlı mədəni əlaqələrin inkişafına təkan verən layihələrin davamlı olmasını arzulayıram. 

Həmişə olduğu kimi, bu dəfə də, qazandığım mükafatları teatrımıza həsr edirəm və yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlığımı bildirirəm".






Mədəniyyət 26-09 08:35

Digər Xəbərlər