13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO


13-14 noyabr tarixlərində Qırğızıstanın incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olublar və "Adəm" adlı balet tamaşasını nümayiş etdiriblər. 

Aktyor-rejissor Zamirbekov Çaqaldak və balet artisti Alina Mambetalievanın quruluşunda təqdim olunan bu balet-tamaşa Qırğızıstanın "Artist" teatr truppasının təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsidır. 

Balet-tamaşanın nümayişindən öncə onun haqqında geniş məlumat verilib və qeyd edilib ki, "Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gələn bu layihənin əsl mahiyyəti dünya əhalisini planetin ekoloji tarazlığının bərpası naminə birgə mübarizəyə çağırışdır.

Sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Mader Maşiyev səhnəyə dəvət olunublar. 

Onlar öz çıxışlarında bu layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə məhz Bakıda təqdimatının heç də təsadüf olmadığını bildirib və yaşıl dünya naminə bir yumruq kimi birləşməyin, həmrəyliyin vacibliyini qeyd ediblər. 

Təbiətin harmoniyasının bərpası və yaşıl dünyanın qələbəsi ilə bitən “Adəm” tamaşası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.





Mədəniyyət 15-11 19:50

Digər Xəbərlər