10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |    

Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO


Xalq artisti, görkəmli gülüş ustası, teatr və kino aktyoru Bəşir Səfəroğlunun anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi sənətkarın I Fəxri xiyabandakı məzarını ziyarət edib. 

Magazinews.Az ziyarətçilər arasında Mədəniyyət Nazirliyinin nümayəndələri, ölkənin ictimai xadimləri də olub.     

Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və  mədəniyyət nazirinin müavini Murad Hüseynov aktyorun məzarı başında çıxış edərək görkəmli səhnə ustasının şərəfli sənət yolundan bəhs ediblər. 

Bəşir Səfəroğlunun qızı və sənətdə layiqli davamçısı, Xalq artisti Afaq Bəşirqızı da çıxışında Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyan atasının qısa və mənalı ömür yoluna nəzər salıb, filmlərdə, teatr tamaşalarında oynadığı unudulmaz obrazlarının xatirələrdə yaşadığını qeyd edib. Aktrisa Mədəniyyət Nazirliyinin nümayəndələrinə, Musiqili Teatrın rəhbərliyi və ziyarətdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.  

Xatırladaq ki, martın 6-da Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 10 Mart – Azərbaycan Milli Teatr Günü və 11 mart – Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibəti ilə keçirilən tədbirin bədii hissəsində Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” (Əli Səmədli) tamaşası nümayiş olunub.


[media=]




Mədəniyyət 12-03 08:54

Digər Xəbərlər