11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |    

Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq

Mayın 16-dan Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın əsərləri nümayiş olunacaq.

Magazinews.Az xəbər verir ki, "Əbədiyyətin ifadəsi" adlı sərgidə həm də Azərbaycanda ilk dəfə təqdim ediləcək əsərlər yer alacaq.

Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi sənətkarın zamanla münasibətindən qaynaqlanır. Luiz de Souza hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir. Bu halda zaman riyazi hesabla deyil, xüsusi bir ölçü ilə davam edir.

Müəllif əmindir ki, müasir dövrdə istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir. Halbuki, məhz həmin üsullar, yəni daha uzun zaman tələb edən metodlar əsərlərə orijinallıq və dəyər qazandırır.

Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq "Gerisayım" adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir. O, sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən qət edir. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Yəni bəşəriyyətin fəaliyyəti yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirir.

Rəssamın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasının əks olunduğu "Zaman səyahətçiləri", zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən "Zamanda qərq olan" adlı tabloları da yer alıb.


Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltaraşlıqla məşğul olmağa başladığı zaman ortaya çıxıb.

Əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilən və şəxsi kolleksiyalarda saxlanılan Luiz de Souzanın sənət nümunələrində Yan Vermeerin rəng və işıqdan zərif istifadə üsulunu, Salvador Dalinin sürrealizmini və Mikelancelo Karavacconun dramatik işıq və kölgə kontrastının təsirlərini tapmaq olar.

Luiz de Souzanın "Əbədiyyətin ifadəsi" adlı sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı il aprelin 1-dək davam edəcək.



Mədəniyyət 15-04 17:35

Digər Xəbərlər