13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

“Musiqili Teatr 109-cu mövsümünə “O olmasın, bu olsun”-la başlayacaq”


Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə 20 sentyabr saat 19:00-da "Heydər Əliyev Fondu"-nun və "Mədəniyyət Nazirliyi"-nin təşkil etdiyi Üzeyir Hacıbəyliyə həsr olunmuş "X Beynəlxalq Musiqi Festivalı" çərçivəsində  “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

Magazinews.az-ın məlumatına görə Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, açılış mərasimində bu ölməz əsər  xalq artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq Bəşirqızının (Sənəm) və  əməkdar artist, Prezident mükafatçısı, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovun (Məşədi İbad) iştirakı ilə təqdim ediləcək.  
 Sentyabrın 22-də  “Arşın mal alan”  (Ü.Hacıbəyli),  23-də “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşaları nümayiş olunacaq.

 Teatr kollektivi sentyabr ayının sonuncu həftəsonu, 28-də “Ər və arvad” (Ü.Hacıbəyli),  29-da  “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 30-da “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva) səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.
Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.

Qeyd edək ki, teatrsevərlər  6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert salonları kassalarından, "ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.



Digər Xəbərlər