Azərbaycanın məşhur diktoru reanimasiyadadır!

3-11-2021, 10:16
A+
A-

Məşhur diktor, Azərbaycan Milli Radiosunun qızıl səsi Lüdmila Nəzərli COVİD-19-a yoluxub, vəziyyəti ağırdır, hazırda reanimasiyadadır. 

Peşəkarlığı ilə hamıya nümunə olan məlahətli səsin sahibi həyatının 30 ilini Azərbaycan radiosuna həsr edib.

Təqaüdə  çıxdıqdan sonra da gənc nəslin düzgün diksiyaya malik olması üçün zərif çiyinlərinə növbəti ağır missiyanı üzərinə alan Lüdmila xanım  2014-cü ildən indiyədək CBC  telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib. 
Qızlarının sözlərinə o, hazırda nəzarət altındadır və həkimlər analarının müalicəsi və sağalması üçün böyük səy göstərirlər.

Qızları söyləyir ki: " Tək istədiyimiz insanların anamız üçün duasıdır, o hər zaman dövlətə və xalqa xidmət edib, bu gün isə onun insanların mənəvi dəstəyinə ehtiyacı var".

Lyudmila xanımın sağalmasını və tez bir zamanda normal həyata dönməsini arzu edirik.