Şəbnəm 30 minlik kipinə ərini çəkdi – Video

23-11-2021, 17:20
A+
A-
 
Müğənni Şəbnəm Tovuzlu yeni klip çəkdirib.

Magazinews.Az xəbər verir ki, sənətçi 30 minlik klipinə öz həyat yoldaşı ilə kamera qarşısına keçib.

Yeni klipindən danışan müğənni bildirib ki, dinləyiciləri onun ifasında sevgi mövzulu mahnıları çox sevir:

“Mahnı və klipə birlikdə 30 min manat xərclədim. Peşəkarlarla çalışdım. Mahnı da, klipin ssenarisi də, komanda da çox xoşuma gəldi. Klip üçün həyat yoldaşımla kamera qarşısına keçdim. Düzdür, yenə də üzünü göstərmədim. Bu ikimizin qərarı idi. Amma sevgi mövzulu mahnıda əsl hissləri ancaq həyat yoldaşım ilə göstərə bilərdim”.