“Zəhər tuluğu”nun qala gecəsində yaşananlar - Fotolar

23-12-2021, 11:01
A+
A-

Ötən gecə “Zəhər tuluğu” filminin təqdimatı baş tutub.

MAGAZINEWS.AZ xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən təqdimata bir çox tanınmış sənət nümayəndələri, həmçinin filmin yaradıcı heyəti qatılıb. Sosial dram janrında

Ekran işində Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Rasim Cəfər, Hüsniyyə Mürvətova, aktyorlar Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Zülfiyyə Qurbanova, Tural Əhməd və başqaları rol alıblar.

Tamaşıçılar tərəfindən maraqla gözlənilən “Zəhər tuluğu” filmlərinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) izləyiciləri bu dəfə fərqli obrazı ilə təəcübləndirib.

Qeyd edək ki, filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.


Fotolar Ramin Qurbanovundur.