İş adamı Aslı Enverlə sevgili olduğunu təsdiqlədi

15-01-2022, 13:30
A+
A-


Türkiyəli məşhur aktrisa Aslı Enverin 49 yaşlı iş adamı Önder Öztarhanla sevgili olduğu barədə məlumatlar yayılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 49 yaşlı iş adamı Önder Öztarhanla sevgili olduğu deyilir.

Belə ki, iş adamının avtomobili aktrisanın evinin qarşında görüntülənib.

Bildirilib ki, bir aydır birlikdə olan cütlük görünməmək üçün evdə görüşüb və münasibətlərini gizli saxlayıb.

Qeyd edək ki, A.Enver bir müddət əvvəl tanınmış müğənni Murat Bozla sevgili olub. Ondan əvvəl isə aktyor Birkan Sokulludan boşanıb. 

49 yaşlı iş adamı Önder Öztarhan isə 2002-2014-cü illərdə Nazlı Keçili ilə ailəli olub. Bu nikahdan onların Sahara və Nazənin adlı iki qızı var. 

Türkiyə mediasında yayılan yeni xəbərə görə, Aslı Enver bu məsələ ilə bağlı açıqlama verməsə də, Önder Öztarhan aktrisa ilə eşq yaşadığını etiraf edib. 

“Magazin Masası”na açıqlama verən iş adamı Öztarhan bunları deyib: “Bəli, münasibətimiz var. Xoşbəxtik, hər şey ilk görüşdə oldu”.

Qeyd edək ki, A.Enver bir müddət əvvəl tanınmış müğənni Murat Bozla sevgili olub.