Günel Məhərrəmova boşanıb

27-03-2022, 12:32
A+
A-


2010-cu ildə İlkin adı qohumu ilə ailə həyatı quran müğənni Günel Məhərrəmova boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində deyib. O, xəyanətə görə evliliyini sonlandırdığını bildirib:

"Deyə-deyə boşatdınız, eyib deyil. Mənəm-mənəm deyən insanların qızları 2-3 dəfə boşanıb. Mən ondan çox bərk incimişəm, küsmüşəm. Onun da səbəbi var. Bir şeyi görmüşəm, tutmuşam və bağışlamıram".

Qeyd edək ki, G.Məhərrəmovanın əri Kiyevdə yaşayırdı. Onun mətbəx mebeli biznesi var idi. Cütlüyün bu evlilikdən bir oğlu var.