Elza illərdir küsülü olduğu Nazpəridən danışdı

1-04-2022, 11:00
A+
A-


Əməkdar artist Elza Seyidcahan küsülü olduğu Xalq artisti Nazpəri Dostəliyevaya barışıq addımı atıb.

Axşam.az xəbər verir ki, Seyidcahan öz verilişində müğənni ilə barışmaq istədiyini söyləyib. 

"Bir küsülü olduğum Xalq artisti var - Nazpəri Dostəliyeva... Bu bayramda onu təbrik edirəm, istəyirəm səhnəyə gəlsin. Onunla bir mahnımız da olub, onu səsləndirsin. İstəyirəm artıq qayıtsın səhnəyə" deyə, Elza əlavə edib.

Qeyd edək ki, Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan arasında qalmaqalın təməli “Azərbaycanın səsi” mahnı yarışmasında qoyulub. Hər iki ifaçı sözügedən yarışmada münsif kürsüsündə oturub. Mübahisənin səbəbi N.Dostəliyevanın yarışmada Elzanın tələbələrinin adını çəkməməsi olub.

Elzanın "Nazpəri xanım, hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox. Mənim birinci tələbəm Nazpəri xanım olub. Təzə səhnəyə gələndə mənim "Qadasını aldığım" və "Ömrümdən getmə" mahnılarımı oxuyub. Tələbələrim göz qarşısındadır. Sizdən gözləməzdim, üstünüzdə əziyyətim olub" sözlərinə N.Dostəliyeva gülərək reaksiya verib. "Yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm" deyən, Dostəliyeva studiyanı tərk edib.