Samirə Əfəndi: "Tikslə sadəcə dostuq" - Video

3-10-2022, 23:20
A+
A-


“Avroviziya” təmsilçimiz Samirə Əfəndi media nümayəndələri ilə görüş keçirib.

MagaziNews.Az xəbər verir ki, müğənninin paytaxt Bakının qonağı olan norveçli həmkarı Tiks görüşə gələnlərin sırasında olub.

Əfəndi barələrində dolaşan Tikslə sevgili olmaları iddialarına birdəfəlik son qoyub.

O, “Avroviziya” təmsilçisi olan müğənni ilə yalnızca möhkəm dost olduqlarını bildirib.

Daha sonra səsləndirilən musiqi sədaları altında qonaqlar rəqs ediblər. Tiksin milli musiqimizə etdiyi rəqs isə alqışlara səbəb olub.