Azərbaycanlı gənc müğənninin Dohada parlaq ifası
Nadir tembr - kontralto ilə seçilən "Səs Azərbaycan" müsabiqəsinin yarımfinalçısı Ləman Dadaşova Doha Golf Club-da yerləşən "Backyard"da qonaq qismində çıxış edib.
MAGAZINEWS.AZ xəbər verir ki, Tom Odellin "Another Love" mahnısı cəmi bir məşqdən sonra ifa olunub. Hər bir ifaçının sevdiyi müğənninin həyatından bəzi təfərrüatları bilən öz pərəstişkarları var. Məlumdur ki, Ləman müğənni kimi fəaliyyət göstərməklə yanaşı, başqa istiqamətdə də çalışır. O, hazırda Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının hazırlıq mərhələsindəki işlərlə məşğuldur və stadionun nəqliyyat əməliyyatları təşkilində nəqliyyat meneceri kimi çalışır.
Məhz burada müxtəlif ölkələrin musiqiçilərindən ibarət “Caravan Dream” qrupu ilə konsertlərin birində çıxış etmək qismət oldu.
Ləman cəmi bir mahnı ifa edərək, gurultulu alqışlarla qarşılanmışdır.