"Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin ilk kastinqi baş tutdu (VİDEO/FOTOLAR)
"Hasbi Baku"da "Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin seçmə mərhələsinin birinci turu start götürüb.
MagaziNews.Az xəbər verir ki, kastinqə 18-27 yaşlarında olan xanımlar qatılıb. Münsif kürsüsündə təşkilati komitənin nümayəndələri, layihənin rəsmi portnyorları, keçmiş müsabiqələrin qalibləri yer alıb. Namizədlərin qiymətləndirilməsi zamanı onların tək xarici görünüşləri deyil, şəxsi keyfiyyətləri də nəzərə alınıb. Belə ki, iştirakçıların təhsil və mədəniyyət səviyyələri, eyni zamanda ünsiyyətçilik qabiliyyətləri və özlərini təqdim etmə bacarıqları münsiflər tərəfindən diqqətlə izlənilib. Seçim turunun 1-ci mərhələsinin nəticələri 2-ci kastinqdən sonra açıqlanacaq. İkinci kastinq oktyabrın sonu baş tutacaq.
Məlumat üçün bildirək ki, qalib model "Miss Aura İnternational"ın təşkil etdiyi yarışmaya qatılacaq. Yarışmada 50 ölkədən olan modellər iştirak edir. "Miss Aura İnternational"ın rəhbəri Adnan Şəkərdir.
Qeyd edək ki, yarışma “City Events Group”un təşkilatçılığı ilə həyata keçirilir. "Miss Aura of Azerbaijan-2023" gözəllik müsabiqəsinin Milli direktorları Xəyal Abdullayev və Tural Hüseyndir.
Tədbirin təşkilati dəstəkçiləri: "Hasbi Baku", "Moon Group", "Bizon Energy", "Masa Klunariya", "İydə Parfumary", "Smart Control", "Kanatis".
İnformasiya dəstəyi isə Trend.Az, Milli.Az, Day.Az, Azernews.Az, Yeniçağ.Az, Big.Az, Sonxəbər.Az, Qaynarinfo.Az, Hit.Az, Star Xəbər, Magazinews.Az, Operativ24.Az, SƏS TV, Milliyol.Az, 32gün.az, Ann.Az, İctimai.Az, Doğru.Az, Alp.Az, Hökm.Az, Avtosfer.Az, Citynews.Az, Qanunla.Az, İnnews.media, Xəbəral.Az, Haqq.Az və MediaBaku.Az saytlarına, MTV Azərbaycan kanalına və Space Tv-yə məxsusdur.
VİDEO: Aqil Kazımoğlu
FOTOLAR: Rauf Babayev