"İnsan dənizə gedəndə şuba ilə çimməlidir?" -Humay Muxtarova

23-06-2018, 12:56
A+
A-

Humay Muxtarova maraqlı açıqlamaları ilə diqqət çəkib.

Magazinews.az-a müsahibə verən aparıcı sosial şəbəkələrdə müzakirələrə səbəb olan çəkildiyi video çarxdan danışdı:

 "Çarxın verlişimə aidiyyatı yoxdur. Artıq dəniz sezonu başlayır. Mənim qüsurlarım yoxdur. Bunu özüm üçün çəkdirmişəm ki, gənc xanımlar cəsarətli olsun. Mən bunu təbliğ etmək istəmişəm. 9 il yoqa ilə məşğul olmuşam. Uşaqlıqdan ciddi şəkildə akrobatika ilə məşğulam. Ayağımdan zədə aldııma görə uzaqlaşdım. Hər zaman bədən formama xüsusi diqqət etmişəm. Mənə görə bədən forması fit olmalıdır. Çəkimin artmasından çəkinmişəm. İstədiyim yeməyi belə özümə qadağa edirəm. Mütəmadi idmanla məşğul oluram, qaçıram. Güclü dietada oluram. Hal-hazırda çəkim 45 kilodur. Bəzi insanlar ağızlarına gələni yazırlar. Mən başa düşə bilmirəm ki, insan dənizə gedəndə şuba ilə çimməlidir? Xalatla çəkilməli deyildim. Mən şou adamıyam. Aparıcılardan ilk olaraq bunu edən mən oldum. Mən özümdə cəsarət tapdım. Mən bunu istəyirəmsə, qınaqlardan çəkinmədən edəcəm. Gözəl qəbul edənlər də oldu. Xanım bu yaşında gözəl vücuda malikdirsə, problem yoxdur. Avropada J. Lopesi, Rihannanı görəndə heyrətlə baxırlar. Bizim özümüzdə də olmalıdır. Biz Avropa ölkəsiyik. Azərbaycan Eurovision, F1 kimi yarışlara ev sahibliyi edirsə, demək  biz Avropadan yüksək pillələrə gedirik. Ona görə də bu çarxa çəkilməyimə peşman deyiləm. Bu çarxdan sonra mənə Brazilyanın Barokko firmasından çimərlik geyimlərinin siması olmağım üçün təklif gəlib. Təklifi qəbul etməyi düşünürəm. Niyə görə Azərbaycan Brazilyada təmsil olunmasın? Balaca, xırda xanımam. Boyu balaca olan xanımlar kompleksə düşməsinlər. Əsas xanımın vücudunun gözəl olmasıdır."

Təhqirlərə görə üzr istədib cəzalandıran şou nümayəndələrinin sayı artıb. Siz də belə bir addım atmağı düşünürsüz?
"İnstagramda təhqir edənlərə görə artıq blok siyahımda yer yoxdur. Mənim özümü təhqir edənlərə sadəcə Allah hidayət versin deyirəm. Mənim valideynlərimə, yaxud övladıma qarşı olsa artıq tədbir gördüyüm də olub. Bir şəxsi cəzalandırmışam. Polis bölməsinə çağrılıb. Ona məhkəmə işi açılıb. Uşağımın şərəf və ləyaqətini təhqir etdiyinə görə təzminat da alınıb. Təhqir yazanların hamısını "screen" edirəm. Hamsını birdən göndərəcəm, pis gedəcəklər. Tənqidə normal yanaşıram. İş görürüksə, tənqid olacaq. Təhqir və söyüşü əsla bağışlamıram."

Sevib-sevilirsiz?
"O insanın mənə olan sevgisi hədsizdir. Mənim də ona qarşı hisslərim var.  Mənim üçün yaxın olan insandır. Ürəyim demək olar ki, boş deyil (gülür)"

 Qızınızı da şou-biznesdə görə biləcəyik?
"Qızım Xoreoqrafiyada oxuyur. Əvvəl balerina, model olmaq istəyirdi, amma 9-cu sinifdən sonra fikri tamamilə dəyişdi. Artıq idarəçilik akademiyasına qəbul olunmaq arzusundadır. Təhsildə yüksək nəticələri var. Onu bu istiqamətə yönəltdim ki, incəsənətə gəlməsin. Mənim çəkdiyim stressləri, əsəbləri görüb uzaq olmağı seçdi. Şou aləminə bataqlıq deyirəm. Qızımın gözəl boyu var. Ona model kimi təkliflər olub. Bədən ölçüləri uyğundur. Qızım istəsəydi, dəstək olardım. Səni sevməyən, ayağının altını qazan, üzünə gülüb arxanda ayrı iş görən insanlar var. Övladım çox məsumdur. O, bu bataqlıqda batar. Mən bu bataqlıqdan özüm təkbaşına çıxıb, irəli doğru gedirəm."

Aparıcı yeni verlişinin müjdəsini də verdi:
"Kanallarımızın birində sentyabr ayının axırına təsadüf edəcək möhtəşəm lahiyyəm gəlir. Şahin Cavadsoy ilə birgə lahiyyəmizdir. Verlişimin anonsunu da təqdim edəcəyik." 
(Tural Hüseyn)