14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |    

"Toy Tələsi” filminin qala gecəsi keçirilib

 

Park Cinema “Flame Towers”də “Toy Tələsi” filminin premyerası baş tutub.

Qala gecəsini çıxış sözü ilə açan filmin layihə rəhbəri və quruluşçu rejissoru Faiq Nağıyev qonaqları salamladıqdan sonra film haqqında ətraflı mlumat verib. Onun sözlərinə görə, “Toy tələsi”i real hadisələr üzərində qələmə alınıb. Kinokomediya janrında olan bu film 4 aya ərsəyə gəlib. “Bədii filmin əsas süjet xətti kinorejissorun filmlə bağlı 6 ay imkanlı iş adamının qəbuluna düşə bilməməsi, kino sahəsinə laqeyd yanaşılması ilə başlayır. İnsanları düşündürən, ibrətamiz məqamların da yer aldığı filmdə saxta elçilik və toy səhnələri də var ki, bu da tamaşaçılarda xüsusi maraq doğuracaq”. 

Gecədə alqış sədaları ilə qırmızı xalıdan keçərək iştirakçıların görüşünə gələn filmin yaradıcı heyəti, tanınmış aktyor və aktrisalart oynadıqları rolları haqqında mediyaya açıqlama veriblər. Daha sonra tədbirə qatılan pərəstişkarlarla xatirə fotoları çəkdirilib.

Musiqili təqdimatda “Ləzzət" şirniyyat evi kino izləyiciləri üçün furşet masası təşkil edib. 

Gənc müğənnilər  Rəvan və vokalist Orxan Cabbarov öz canlı ifaları ilə təqdimata rəng qatıblar.

Gecədə filmin ssenari müəllifi Yeganə Kərimzafə, baş rolların ifaçıları Rövşən Rəhmanöğlu və  Namiq Əlioğlu, eləcə də digər aktyor və aktrisalar - Vaqif Kərimov, Rəsmiyyə Nurməmmədova, Samirə Abbasova, Mehman İbadov və başqaları öz təəsüratlarını bölüşüblər.

Film izləyicilərin marağına səbəb olub. Sonda səhnəyə çıxan yaradıcı heyət sürəkli alqışlanıb. 

Qeyd edək ki, “Toy tələsi”nin quruluşçu rejissoru və layihə rəhbəri tanınmış kinorejissor Faiq Nağıyev, ssenari müəllifi Yeganə Kərimzadə, prodüsseri Gülnarə  Məmmədova, rejissoru Xəyalə Meydanovadır. Filmin bəstəkarı Sevinc Tofiqqızı, aranjiman Fərahim Sadıq, operator Savalan Həmidli, səs rejissoru Murad Kərimzadə, qrim ustası Səadət Cəlili, montajçısı Şamo Nağıyevdir.

Xatırladaq ki, komediyasevərlərin tammetrajlı, 90 dəqiqəlik “Toy Tələsi” bədii filmini Park Cinema-nın bütün kinoteatrlarında 2 ay müddətində izləmək imkanları var. 

Biletləri əldə etmək istəyənlər www.parkcinema.az saytına keçid edə bilərlər.




Digər Xəbərlər