"Aktrisa ayaq üstə alqışlandı"
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə, "Ümidlər puç olanda" filminin qala gecəsi baş tutub.
Magazinews.az -ın məlumatına görə, filmdə baş rollardan birinin ifaçısı, aktrisa Gülşən Hüseynli yaratdığı obrazı ilə adından söz etdirməyi bacarıb. Belə ki, primyera zamanı, filmin nümayişindən sonra aktrisa tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb.
Təəsüratlarını Magazinews.az - ilə bölüşən cazibədar aktrisa sevinc hissini gizlətməyib:
"Bu il yerli aktrisaların içində ilk mənəm ki, baş rolda oynadığım üç filmin qala gecəsi keçirildi. "Ümidlər puç olanda"- adlı dram janrındakı filmimizi də təqdim etdik. Filmdə oynadığım üçün çox sevinirəm. İzləyənlərdən bolluca müsbət rəylər alıram."
Tural Hüseyn
FOTOLAR: Zaur Hacıyev/Sabir Quliyev
Digər Xəbərlər
Şou-Biznes / Manşet
07-10 16:30