Teleaparıcı "Space"dən getdi: "Təəssüf ki, kişilik axırdan 1-ci yerdə durur"
Son günlər jurnalistlərlə bağlı "yarpaq tökümü"nə məruz qalan "Space" TV-nin daha bir tanınmış aparıcısı telekanalla yollarını ayırmaq qərarı verib.
Modern.az xəbər verir ki, uzun illərdir bu telekanalın ekranında müxtəlif verilişlərə aparııcılıq edən Zamirə Dadaşova "Space"ni tərk edib. Bu barədə onun özü məlumat verib:
"Birinci gün "Space"dən ayrılmağı düşünürəm. İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim "Space" - 17 il olub. Heç iş yeri dəyişməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər kecirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum "Acıq söhbət" verilişinin bağlanmasıdır. Hər halda tamaşacılar, ziyalılar tərəfindən sevilən veriliş idi.
Və əlbəttə ki, təssüfləndirici digər məqam əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin coxalmasıdır. Təəssüf pul önə kecəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur".