Çağataydan eşq iddialarına cavab
Türkiyəli aktyor Çağatay Ulusoy keçmiş model Ece Sükanla sevgili olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Türkiyə mətbuatının məlumatına görə, aktyor müsahibəsi zamanı həyatında heç kimin olmadığını açıqlayıb:
"Eceni uzun zamandır tanıyıram, aramızda dostluqdan başqa heç nə yoxdur. Heç tanımadığım insanlarla belə birlikdə olduğumu yazırsınız. Elə şəkildə yazılır ki, sanki gerçəkdir. Özəl həyatımın şəxsi qalmasını istəyirəm. İç dünyamı çox yansıtmağı sevmirəm".
Qeyd edək ki, Çağatay ötən ilin sonunda 6 il münasibətdə olduğu həmkarı Duyğu Sarışından ayrılıb. Onun bir müddət əvvəl aktrisa Afra Saraçoğlu ilə eşq yaşadığı iddia edilsə də, tərəflər xəbəri təkzib etmişdilər.
Şou-Biznes / Manşet
30-04 18:22
Digər Xəbərlər
Şou-Biznes / Manşet
06-10 13:03
Kino
04-10 18:22