"Mənim göstərəcəyim şou dünya ulduzları səviyyəsində olmalıdır" - FOTO
Müasir şou-biznesin ən cəsarətli müğənnilərindən olan Səmra Rəhimli böyük səda doğuran, “Formula1 Azerbaijan GP 2023” çərçivəsindəki səhnə performasından sonra media nümayəndələri ilə görüşüb.
MAGAZINEWS.AZ xəbər verir ki, o, sözügedən konserti barədə bunları deyib:
“Bu çıxışıma bir ay müddətində hazırlaşmışam. Rəqqaslar Ukraynadan gəlmişdi. Səkkiz rəqqas və bir xoreoqraf idi. Onları bura gətirmək asan olmadı. Rəqsləri 3 gün müdddətində öyrəndim. Anam, İlahə xanımın sayəsində konsertim uğurla keçdi. Səhnə geyimlərim, rəqqasların kostyumları da anama aiddir. Kristina Agilera, Kardi Bi, Kris Braun və Tarkan kimi məşhurların Bakıda illər əvvəl keçirilən "Formula - 1"dəki çıxışlarına baxmışdım. Düşündüm ki, mənim göstərəcəyim şou da o səviyyədə olmalıdır. Bu dünyaya ulduz kimi gəlmişəm".
Müğənninin anası konsertin qonorarı barəsində verilən sualları belə cavab verib:
“Bu konsertə dəvət alanda qonorar haqda düşünmədik. Səmranın o səhnədə olması və yüksək perfomans sərgiləməsi təqdirə layiqdir. Onun yerində hər kəs olmaq istərdi, bütün potensialını səhnədə nümayiş etdirdi. Rəqqasların və Səmranın libaslarının müəllifi özüməm. Libasların rəngləri Formulanın rənglərini uyğun seçmişdik. İşıq və dekorasiya rəngləri yarışın ab-havasına uyğun qurulmuşdu”.
Səmra ona olunan tənqidlərdən və anasının ona dəstəyindən söz açıb:
“Tənqidlərə heç vaxt fikir vermirəm. Geyimimi bəyənməyənlərdən çox, bəyənənlər oldu. Çalışdım ki, Bakıya gələn dünya ulduzlarından geri qalmayım. Heç vaxt səhnədə həyacanlanmamışam, nə Avroviziyada, nə də “Formula 1”-in səhnəsində.. Səhnədə özümü öz qabımda hiss edirəm. Bu özgüvəndir. Anam mənim əvəzimə daha çox həyacan keçirirdi. Səhnə öncəsi anam yanıma yaxınlaşdı. Ona dedim ki, indi ağlayacaqsan, keç bu tərəfə... Yoxsa səhnə öncəsi emosional hisslər keçirəcəyəm. Anam mənə həmişə arxa-dayaqdır, gücümü ondan alıram. Bəlkə də başqa bir insanla çalışsaydım, öz mənafeyini düşünəcəkdi. O, uğurlarım üçün əlindən gələni edir”.