Demet Özdemir Oğuzhan Koçun evindən çıxarkən görüntülənib

23-05-2023, 11:53
A+
A-


Türkiyəli məşhur aktrisa Demet Özdemir keçmiş həyat yoldaşı Oğuzhan Koçun evindən çıxarkən görüntülənib.


Əşyaları ilə geri dönən aktrisa onu gözləyən mətbuat nümayəndələri ilə ayaqüstü söhbət edib.

Türk mediası xəbər verir ki, əlindəki kağızlarla diqqətləri üzərinə çəkən Özdemir, əşyalarını evə buraxmağa gəldiyini və Koçla söhbət etdiyini bildirib:

"Bir neçə şeyimiz qaldı, onları aldım".

Jurnalistlərin "Yəqin ki, Oğuzhan Qoçla da evdə danışmısınız?" sualına gülərək cavab verən aktrisa " Hər halda olanları danışacağımı düşünmürsünüz". " Heç ayrılmadıq",-deyə reaksiya verib.

Qeyd edək ki, Ötən il avqustun 28-də möhtəşəm toyla nikah masasına oturan Oğuzhan Koç və Demet Özdemir cütlüyünün 5 aylıq evliliyi mayın 8-də bitib. /big.az/